"Axınla üzü aşağı" bədii filminin çəkilişləri başa çatıb

"Axınla üzü aşağı" bədii filminin çəkilişləri başa çatıb

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" Kinostudiyasında "Axınla üzü aşağı" bədii filminin çəkilişləri başa çatıb. SİA-nın məlumatına görə, oktyabr ayında filmin premyerası keçiriləcək.

Filmin ssenari müəllifi və quruluşçu rejissoru Asif Rüstəmov, quruluşçu operatoru Ayhan Salar, quruluşçu rəssamı Rafiz İsmayılov və icraçı prodüseri Nadir Əliyevdir. Ailə-məişət mövzusunda olan filmdə Namiq Ağayev, Mehriban Zəki və digər aktyorlar rol alıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə