Park Bulvar AVM-də "Ölümü sifariş edənlər" sənədli filminin təqdimatı keçirilib. SİA-nın məlumatına görə, filmin əsas məqsədi gənc nəslə narkomaniya- ağ ölüm bəlasının fəsadlarını maarifləndirmə yolu ilə çatdırmaq və onları narkotikə qurşanmasının qarşısını almaqdır.
Narkomaniyanın fəsadları barədə 30 dəqiqəlik sənədli film Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Azərbaycan Maarifçi Gənclər Təşkilatı tərəfindən hazırlanıb.
Təqdimat mərasimində filmdə rol alan həkim-narkoloq Asif Kəngərli, Tibb universitetinin dosenti Araz Mənüçöhri, BMT-nin Cənubi Qafqazda narkotiklərə nəzarət proqramının koordinatoru Məzahir Əfəndiyev iştirak ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB