Ramiz Əzizbəyli iflic oldu

Azərbaycanın xalq artisti, kino rejissor Ramiz Əzizbəylinin səhhətində problem yaranıb. SİA-nın məlumatına görə, o, bir neçə gün bundan əvvəl yenidən iflic olub.

Xalq artisti açıqlamasında ev şəraitində müalicə aldığını deyib: "4 gün bundan əvvəl vəziyyətim pisləşdi və ağız nahiyəsindən iflic oldum. Buna görə də özümü çox pis hiss edirəm. Masaj və müxtəlif prosedurlar üçün xəstəxanaya gedib gəlirəm".

Qeyd edək ki, xalq artisti bir neçə il öncə də iflic olub. Uzun müalicədən sonra yenidən səhnəyə qayıdan R. Əzizbəyli hazırda həkim nəzarətində müalicəsini davam etdirir.

Bütün xəbərlər Facebook səhifəmizdə