Yay fəsli olduğuna görə, Azərbaycanda fəaliyyət göstərən teatrlar artıq mövsümü bağlamaq üçün hazırlıq işləri görür. SİA teatrların mövsümü hansı tamaşa ilə bağlayacağını araşdırıb. Həmin tamaşalar aşağıdakılardır:
Belə ki, Azərbaycan Dövlət Pantomima Teatrı builki teatr mövsümünü iyulun 14-də "Katarsis" tamaşası ilə bağlayacaq. Yeni mövsüm sentyabrın 21-də "No comment" tamaşası ilə açacaq.
Gənc Tamaşaçılar Teatrı 85-ci teatr mövsümünü iyulun 6-da Saatlı rayonunda "Müsyo Jordan və dərviş Məstəli şah" tamaşası ilə başa vuracaq. Bakıda isə balacalar üçün iyulun 7-də "Balaca və damda yaşayan Karlson" tamaşası nümayiş olunacaq. Bununla da teatr builki mövsümünü başa vuracaq. Sentyabrın 21-də isə günorta "Buratino" tamaşası ilə yeni mövsüm açılacaq. Axşam seansında isə "Müharibə" tamaşası nümayiş olunacaq.
Akademik Milli Dram Teatrı iyulun 14-da Mirzə Fətəli Axundzadənin "Sərgüzəşti-Vəziri-Xani-Lənkəran" tamaşası ilə mövsümü yekunlaşdıracaq. Tamaşanın quruluşçu rejissoru Vaqif İbrahimoğlu, rejissoru Tural Mustafayevdir. Əsas rollarda xalq artistləri Nurəddin Mehdixanlı və Cəfər Namiq Kamal çıxış edəcəklər.
Şuşa Dövlət Musiqili Dram Teatrı teatrı da mövsümünü Mirzə Fətəli Axundzadənin "Sərgüzəşti-Vəziri-Xani-Lənkəran" tamaşası ilə iyulun 15-də bağlayacaq. Sentyabrın 24-də elə həmin tamaşa ilə mövsümünü açıq elan edəcək.
Azərbaycan Dövlət Musiqili Komediya Teatrı isə mövsümünü iyunun 26-da M. Kamolettinin "Fransızsayağı qarnir" əsəri ilə bağlayıb. Bununla yanaşı, YUĞ Dövlət Teatrı da iyunun 29-da "Qəbir qazma üsulu" tamaşası ilə mövsümü yekunlaşdırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB