“Onlar Belarus uğrunda vuruşmuşlar”

“Onlar Belarus uğrunda vuruşmuşlar”

Bu gün Belarus uğrunda vuruşmuş azərbaycanlılara həsr olunmuş "Они сражалисъ за Беларусъ" (Onlar Belarus uğrunda vuruşmuşlar) adlı kitabın təqdimatı keçirilib. SİA-nın verdiyi xəbərə görə, tədbirdə Milli Azərbaycan Tarixi Muzeyinin direktoru Nailə Vəlixanlı, Belarusun Azərbaycandakı səlahiyyətli səfiri Nikolay Patskeviç, muzey əməkdaşları: Zərifə Dulayeva, Fuad Ağayev, kitabın müəllifləri Fərhad Cabbarov və Fikrət Bağırov, İkinci Dünya müharibəsi veteranları, tarixçi alimlər, Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələri, Azərbaycandakı bularus diasporu, Azərbaycan - Belarus dostluq cəmiyyətinin üzvləri, media nümayəndələri və başqaları iştirak ediblər. Kitab Muzeydə qorunan nadir tarixi materiallar-sənədlər, fotoşəkillər, döyüşlərdə iştirak etmiş şəxslərə aid əşyalar əsasında yazılıb.

Tədbiri giriş sözü ilə Milli Azərbaycan Tarixi Muzeyinin direktoru Nailə Vəlixanlı açaraq hər iki dövlət arasındakı dostluq əlaqələrinin möhkəmliyindən bəhs edib: "Bu gün biz "Они сражалисъ за Беларусъ" adlı kitabın təqdimat mərasiminə yığışmışıq. Bu hadisə hər iki dövlət üçün çox önəmli gündür. İkinci Dünya müharibəsi illərində Belarus uğrunda vuruşmuş azərbaycanlılar böyük qəhramanlıq göstəriblər. Bu bizm üçün də fəxarət hissidir ki, Azərbaycan oğulları Belarusda belə bir rəşadət, hünər göstəriblər".

Bu il Azərbaycanla Belarus arasında diplomatik əlaqələrin qurulmasının 20 illiyinə həsr olunmuş "Ən xoş arzularla ...(Belarus xalqının Azərbaycan xalqına hıdiyyələri)" adlı sərgi keçirilib.

Onu da nəzərinizə çatdıraq ki, muzey adından Belarusun Azərbaycandakı səlahiyyətli səfiri Nikolay Patskeviçə xatirə medalı, "H.Z.Tağıyev", "Muzeyin İnciləri" adlı kitablar hədiyyə olunub.

Qeyd edək ki, tədbirin sonunda "Azərbayacan İkinci Dünya müharibəsi illərində", Belarus İkinci Dünya müharibəsi ilərində", "Belarus uğrunda vuruşmuş azərbaycanlılar" slayd-filmləri, müharibə illərinin musiqiləri səsləndirilib, "Они сражалисъ за Беларусъ" (Onlar Belarus uğrunda vuruşmuşlar) kitabı, "İrs- Наследие" jurnalının Azərbaycan-Belarus əlaqələrinə həsr olunmuş nömrəsi, həmçinin konfrans zalında "Onlar Belarus uğrunda vuruşmuşlar", "Belarus bu gün" adlı fotosənədlər tədbir iştirakçılarına təqdim olunub.

Zaurə Əmirova

Bütün xəbərlər Facebook səhifəmizdə