Azərbaycan peşəkar milli teatrının 140 illik yubileyi münasibəti ilə teatr xadimləri bu gün Fəxri Xiyabanı ziyarət ediblər. SİA-nın məlumatına görə, mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev başda olmaqla, Azərbaycanda fəaliyyət göstərən teatrların direktorları, həmçinin teatr xadimləri ilk olaraq Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edərək üzərinə əklil qoyublar. Ardınca akademik Zərifə Əliyevanın məzarı ziyarət edilib.
Ziyarətçilər daha sonra Şəhidlər Xiyabanına gediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB