Danimarkanın 5 şəhəri “Eurovision-2014”ə ev sahibliyi etməyə iddialıdır

Danimarkanın 5 şəhəri “Eurovision-2014”ə ev sahibliyi etməyə iddialıdır

Gələn ilin mayında Danimarkada keçiriləcək "Eurovision-2014" mahnı müsabiqəsinə ev sahibliyi etməyə bu ölkənin beş şəhəri iddialıdır. SİA-nın müsabiqənin rəsmi saytına istinadən verdiyi xəbərə görə, Kopenhagen, Herninq, Olborq, Frederisiya, Horsens şəhərləri yarışmaya ev sahibliyi etməkdə maraqlıdır.

Kopenhagendə iki dəfə - 1964 və 2001-ci illərdə yarışma keçirilib, sonuncusu isə tamaşaçıların say çoxluğu ilə tarixə düşmüşdü. Hazırda Danimarka Radioyayımı tərəfindən təkliflərin dəyərləndirilməsi istiqamətində işlər görülür.

Bütün xəbərlər Facebook səhifəmizdə