Bu gün millət vəkili Qənirə Paşayeva 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günündə "Dünyanı dəyişən alimlər" adlı kitabını təqdim edib. SİA-nın verdiyi xəbərə görə, konfransda millət vəkili Qənirə Paşayeva, Azərbaycan Respublikası Qadın Jurnalistlər Assosiasiyasının sədri Sevil Yusifqızı, Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru Vaqif Abbasov, QHT rəhbərləri, "NAR Mobile" nümayəndəsi, media işçiləri və başqaları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan millət vəkili Qənirə Paşayeva bu kitabı kitabxanalara pulsuz hədiyyə edəcəyini söyləyib: " "Dünyanı dəyişən alimlər" adlı kitabı nəşr etməyimizə əsas səbəb gənclərdə savadın aşılanmasıdır. Ölkəmizin möhkəmliyi üçün də gələcək nəslin nümayəndələrinin savadlı olması əsas şərtdir. 100 alimin həyatından bəhs edən kitab 2 cilddən ibarətdir. Bu kitabda alimlər dünyanı dəyişiblər. Kitabda uşaqların diqqətini daha da artırmaq üçün maraqlı şəkillərdən istifadə etmişik. Xüsusilə nəzərinizə çatdırım ki, adıçəkilən kitabı kitabxanalara pulsuz hədiyyə edəcəyik. Bu işdə bizə dəstək olan "NAR Mobile" şirkətinə təşəkkür edirik".
Tədbirdə çıxış edən Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru Vaqif Abbasov "Dünyanı dəyişən alimlər" adlı kitabın müəllimlər və şagirdlər üçün stolüstü kitab olduğunu diqqətə çatdırıb: "Bu gün uşaqlarımız akademik dildə yazılan kitablardan imtina edirlər. Bu səbəbdən də "Dünyanı dəyişən alimlər" adlı kitabı sadə dildə nəşr etdik. Müəllimlər və şagirdlər üçün stolüstü kitabdır".
Daha sonra konfransda söz alan, Azərbaycan Respublikası Qadın Jurnalistlər Assosiasiyasının sədri Sevil Yusifqızı millət vəkili Qənirə Paşayevanın 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günündə "Dünyanı dəyişən alimlər" adlı kitabını nəşr etdirməklə çox yaxşı lahiyəyə imza atdığını deyib: "Qənirə xanımın bu lahiyəsini dəstəkləyirəm. Bu kitab uşaqlar üçün gözəl töhvədir. "Dünyanı dəyişən alimlər" adlı kitabın köməkliyi ilə uşaqlarımız düzgün mövqe tuta bilərlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB