"Tarixə şübhə ilə deyil, maraqla yanaşmalıyıq". SİA-nın məlumatına görə, bu fikirləri Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov bu gün Bakıda keçirilən II-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində "Tarixin tədrisi vasitsilə Mədəniyyətlərarası dialoq: ən yaxşı təcrübələr və çətinliklər" adlı sessiyada çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bəziləri tarixdən özünə uyğun şəkildə istifadə edir: "Tarixi materiallarda tez-tez təhriflərə rast gəlinir. Azərbaycan da bu təhriflərin qurbanıdır. 20 ildən çoxdur ki, Azərbaycan torpaqları ermənilər tərəfindən təcavüzlərə məruz qalır. Düşünürəm ki, bunların qarşısını almaq vacibdir. Bəzi dairələr hələ də saxta sənədlərə əsaslanır, tarixi faktı təkzib edirlər. Bunun öhdəsindən birgə gələ bilərik və bunun üçün əlimizdən gələni etməliyik".
Vikipediyada yerləşdirilən sənədlər arasında müxtəlifliklərə də toxanan nazir bildirib ki, bu hələ də fikirlər arasındakı ziddiyyətlərin göstəricisidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB