Maraqlı tale yaşayan aktrisa (Esse)

Bir müddət tamaşaçıların yaddaşında "Yarımştat" televiziya tamaşasında Tomka kimi qalan aktrisa Naibə Allahverdiyevanın otuz illik teatr fəaliyyətində bu rolu ortatab rollarından biri sayır. Bəli. Dünya və Azərbaycan aktyorlarının taleyində belə şeylər olur. Görürsən ki, teatrda biri-birindən maraqlı rollar oynayır. Amma bu rollar televizorda layiqincə təbliğ olunmur. Lakin ortatab bir rol televizorda və ya kinofilmdə göstərilir və tamaşaçılar maraqla qarşılayırlar. Sonra da həmin aktyoru həmir rolu ilə tanıyırlar. Naibə xanımın da Tomka rolu belə sevildi, belə qəbul olundu. Bəzən belə bir hadisə də olur. Aktyorun bir rolunu televiziya və kino ekranında görəndən sonra onun yaradıcılığı və oynadığı rollarla tamaşaçılar daha çox maraqlanmağa başalayır və onu başqa rollarda da maraqla izləyirlər.

Naibə Allahverdiyevanın da teatrda oynadığı bir neçə rolu görəndən sonra və onunla Panço Pançevin "Dörd əkizin nağılı" tamaşasında quruluşçu rejissor kimi Yelena rolunu məşq edən vaxt bir daha əmin oldum ki, Tomka aktrisanın ortabab rollarından biridir. Belə ki, tamaşanı işlədiyimiz vaxt hər gün Naibə xanım məşqə çox həvəslə gəlirdi və yeni tapıntılar edirdi. Ona görə də onun bu tamaşadkı Yelena rolu tamaşaçılar tərəfindən çox maraqla qarşılandı. Tamaşa oynanılan vaxt onun səhnədə oynadığı hər bir epizod sürəkli alqışlarla qarşılanır. Bu da təkcə rejissor kimi mənim xidmətim yox, aktrisanın özünün böyük zəhməti və istedadının nəticəsidir.

Deməli, bu tamaşa və onun oynadığı başqa tamaşalar da televizorda göstərilsə tamaşaçılar onu daha maraqla izləyəcək və mənim fikrimlə tam şərik olacaqlar. Bu bir acı həqiqətdir ki, Azərbaycanda kino və televiziya rejissorun və akatrorun papulyarlaşmasında böyük rol oynayır, nəinki teatr.

May ayının 28-də Azərbaycanın müstəqillik qazandığı gün Naibə xanımın da ad günüdür. Həm də professional teatr səhnəsində otuz illik səhnə yubileyidir. Bu münasibətlə biz oturub, Naibə xanımla otuz illik yaradıcılıq və həyatının acılı-şirinli illərini xatırladıq.

Naibə Allahverdiyeva çox keşməkeşli həyat yolu keçib. Zaqafqaziyanın böyük mədəniyyət mərkəzlərindən biri olan Tiflis şəhərində anadan olub. Deyilənə görə mamaça yenicə dünyaya gələn bu qız uşağının iri, aydın gözlərinə baxaraq deyib: "Bu qızın çox iri və aydın fikir ifadə edən gözləri var. Əsl aktyor gözləridir". Kim bilir. Bəlkə də mamaçaya agah olub ki, Naibə böyüyəndə aktrisa olacaq. Bəlkə də onun alnında yazılan fikirləri oxuya bilib mamaça. Qəmli, çətin uşaqlıq illəri yaşayıb balaja Naibə. Tiflisdə dünyaya gəlsə də Yevlaxda bibisinin yanında böyüyüb. Sonra səkkizinci sinifdə oxuyanda yenidən Tiflisə qayıdıb. Oradakı 73 nömrəli məktəbdə təhsilini davam etdirib. Tiflisin mədəni təyatı, mütəmadi teatr tamaşalarına baxması yeniyetmə Naibənin daxilində teatr sənətinə marağı artırıb. Beləliklə, mamaçanın dediyi fikirlər çin olub.

Orta məktəbi bitirəndən sonra o, Azərbayjan Dövlət İnjəsənət İnstitutunun ( indiki Mədəniyyət və İnjəsənət Universiteti) dram və kino aktyorluğu fakultəsinə verib və bu şöbəyə qəbul olub. Ona aktyor sənətindən və səhnə danışığında dörd il müddətində Fuad və Zəminə Hajıyevlər, Ələmdər Quluzadə, Mikayıl Mirzə kimi tanınmış teatr xadimləri dərs deyib. Ali təhsilli aktrisa təyinatla Naxçıvan Dövlət Musiqili-Dram Teatrına işləməyə göndərilib. Elə ilk gündən cavan aktrisaya etibar edib, Dudarevin "Astana" tamaşasında baş rol olan Alina rolunu veriblər. Sonra "Apardı sellər Saranı" tamaşasında Saranı, "Gülən adam"da Hersoginanı oynayıb. Qısa vaxtda teatrın əsas repertuarına daxil olan aktrisa üç il bu teatrın səhnəsində çoxlu rollar oynayıb. Həmin vaxt Naxçıvan da çox maraqlı bir teatral şəhər idi. Cavan, istetadlı aktrisanın biri-birindən maraqlı rolları da ona çoxlu pərəstişkar tamaşaçılar bəxş edib. Üç ildən sonra Naibə xanım Bakıya qayıdası olub. Baxmayaraq ki, teatrın rəhbərliyi və Muxtar Respublikanın birinci katibi onun teatrdan getməsinə qəti etiraz ediblər. Ona ev, fəxri ad vermək istəyiblər. Amma bəzi taleyüklü məsələlər onu Bakıya gəlməyə məcbur edib. Aktrisa işləmək üçün Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrına müraciət edən Naibə xanımı bu ştata işə götürüməyiblər. Ona inzibatçı işini tapşırıblar. Amma bu iş onun ürəyincə olmayıb. Hətta dəfələrlə teatr tamaşalarına satmaq üçün ona verilən biletləri itirib Naibə xanım. Həmin biletin pulunu rəhbərlik onun əmək haqqından tutsa da bu işdə işləmyə məjbur olub. Təkjə bir işə görə ki, məşqlər gedən vaxt zalda əyləşib, səhnədə məşq edən aktyorlara və tamaşalara baxsın. Sonra o, Mədəniyyət Nazirliyinə mürajiət edib və onu çox çətinliklə də olsa bu teatra aktrisa şatatına işə götürüblər. Amma bir il heç bir tamaşada rol verməyiblər. O, yenə də zalda əyləşib, məşqlərin gedişinə tamaşa edib. Səhnədə çıxış edən aktrisaların rollarını evdə özü üçün məşq edib. Arzu edib ki, bax bu rolu ona versydilər, həmin aktrisadan daha yaxşı oynayardı. Hətta bir dəfə teatrın baş recissoruna yaxınlaşıb, ona da rol verilməsini xahiş edib. Amma baş recissor ona bu sözləri deyib: "Mən bilmirəm sən hansı ampluada aktrisasan. Bir qədər işlə sonra baxarıq".

Yaşlı aktyorlardan birinin ona yaxınlaşıb bu sözləri deməsindən daha da rəngidə olub aktrisa: "Ac pişik ətə baxan kimi, sən də zalda oturub, hələ bir müddət rol gözləməli olajaqsan ay xanım".

Bu sözlər Naibə xanıma pis təsir edib. Hönkürtü ilə ağlayaraq, zaldan çıxıb, qrim otağına gəlib. Sonra evə gedib. Bir neçə gün özünə gəlməyib. Ümumiyyətlə, teatr sənətindən uzaqlaşmaq istəyib. Amma bir gün teatrın foyesində çox pəjmürdə əyləşən vaxt xalq artisti Ağaxan Salmanlı ona yaxınlaşıb və deyib: "Ay qızım sən nə vaxta qədər belə qəmli oturub, tamaşaların məşqinə baxacaqsan?". "Bəs nə edib, ay müəllim? Axı mənə rol vermirlər. Mən isə tamaşalarda oynamaq istəyirəm. Naxçıvanda üç ildə çoxlu rollar oynamışam. Əksəriyyəti də baş rollar", - deyə qəmli gözləri ilə Ağaxan müəllimə baxıb. Bir neçə gündən sonra Ağaxan Salmanlı quruluş verdiyi Dadaş Mehdinin "O da mənəm bu da mən" komediyasında baş rol olan Qadın rolunu Naibə xanıma verib. Kubra Dadaşova ilə dublyor oldular. Kubra xanım, Naibə Allahverdiyevadan teatra əvvəl gəlmişdi. Çox vaxt dublyor olan aktyorlar, akrtisalar arasında rəqabət gedir. Hər ikisi istəyir ki, ictimai baxışı və ilk tamaşanı o, oynasın. Amma Kubra xanım bu rolun əsas ifaçısı olsa da rejissor Ağaxan Salmanlı ilə birlikdə Naibə xanıma köməklik edirdi ki, o da rolu yaxşı oynasın. Artıq tamaşa hazır olanda Ağaxan Salmanlı Kubra xanıma təklif edib ki, qoy ijtimai baxışı və ilk tamaşanı Naibə Allahverdiyeva oynasın. Kubra xanım da həvəslə razılaşıb. Çünki bu rola qədər Kubra Dadaşova teatrda bir neçə rolda oynamışdı və özünü maraqlı aktrisa kimi sübut etmişdi.

Mən də Kubra xanımı hələ tələbəlik illərindən tanıyıram. Məşhur aktyor və Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının yaradıcılarından biri olan Məmmədağa Dadaşovun ailəsində dünyaya gələn Kubra xanım, hələ uşaq yaşlarından teatr aləmində böyüyüb. Xeyirxah insan olmaqla birlikdə, çox maraqlı aktrisadır.

Naibə xanım deyir ki, "bu tamaşada səhnəyə çıxanda hiss etdim ki, həyəcandan ayağım tutulub. Yeriyə bilmirəm. Ürəyimdə bu sözləri dedim; "Allahım, yalvarıram sənə mənə kömək ol". Bununla da elə bil aktrisaya böyük inam və güc gəlib. Rolu çox maraqlı oynayıb. İctimai baxışdan sonra bədii şuranın iclasında teatrın Həmkarlar Təşkilatının sədri, əməkdar artist Rafiq Hüseynov bu fikirləri deyib: "Belə maraqlı aktrisaya siz bu vaxta qədər niyə rol verməyibsiz? Səhnədə çox maraqlı və təbii oynayır". Artıq bu tamaşadan sonra rejissorlar ona rollar verilməyə başlayıblar. Həmin vaxt əməkdar artist Loğman Kərimov quruluş verdiyi "Dədə Qorqud" tamaşasında dramatik rol olan Burla xatunu Naibə xanıma verdi və onun təkcə komediya rollarının maraqlı ifaçısı yox, həm də dramatik aktrisa olduğunu sübut etdi. Bu tamaşanın ardınca Loğman Kərimov ona Tamara Vəliyevanın "Mənim ağ göyərçinim" əsərində Ana rolunu verdi. Naibə xanım bu rolu da maraqlı oynadı. Hətta özünün yüksək professional aktrisa olduğunu tam sübut etdi. Artıq bu tamaşadan sonra rejissorlar Naibə xanıma tez-tez rollar verməyə başlayılar və o da bu etimadları doğruldub. Qısa vaxtın içərisində Naibə xanıma respublikanın əməkdar artisti fəxri adını veriblər.

- Əməkdar aktirsa fəxri adını aldığınız günü necə xatırlayırsız?

- Həmin gün 2000-ci ildə mən, aktyor-rejissor Nicat Kazımovla birlikdə teatrda şou proqramda çıxış edirdik. Bu vaxt mənə dedilər ki, teatrın direktoru səni çağırır. Onun otağına qalxdım. O, mənə dedi ki, "buyur içəri əməkdar aktrisa". Dedim ki, axı mən əməkdar aktrisa deyiləm. O da dedi ki, artıq sən bu gündən əməkdar aktrisasan. Axşam saat on ikidə əmri televizorda elan edəcəklər. Səni bu başdan təbrik edirəm. Mən bu sözləri eşidəndə sevincdən səsim tutuldu. Heç nə deyə bilmədim. Sevincdən ağladım. Həmin günkü sevincimi sözlə ifadə edə bilmirəm…

- Tamaşaçıları sizin "Yarımştat" televiziya tamaşasındakı Tomka rolu çox maraqlandırır. Nejə oldu ki, siz bu rolu oynadınız?

- Bu televiziya tamaşasının quruluşçu rejissoru Şərif Qurbnəliyev mənim tələbə yoldaşımdı. Biz institutuda bir yerdə oxumuşuq. Bir dəfə Azərbaycan Televiziyasına getmişdim. Orada görüşdük. Həmin vaxt Şərif Qurbanəliyev Əli Əmirlinin "Arvad olmaq istəmirəm" telviziya tamaşasını çəkmidi. Bu əsərdə mən də teatrda Bibi rolunu oynamışdım. Televiziya tamaşasında isə bu rolu Afaq xanım Bəşirqızı oynayır. Şərifə incikliyimi bildirdim ki, bəs məni niyə tamaşalara dəvət etmirsən? Özünüz rejissorsunuz. Bilirsiz ki, biz aktyorlar, aktrisalar rejissorlardan asılıyıq. Siz rol versəniz oynayacağıq, verməsəniz oynamayajağıq. Yəni bizim sənət rejissordan asılıdır. Şərif də mənə dedi ki, bu yaxında bir təzə tamaşa hazırlayacam. Orada katibə rolu var. Onu sənə verəcəm. Dedim böyük roldu. Şərif də dedi ki, rolun böyüyü kiçiyi olmur, aktyorun böyüyü kiçiyi olur. Mən onunla razılaşmadım. Dedim ki, böyük rol böyükdür, kiçik rol kiçikdi. Sonra mənə zəng vurdu ki, gəl rolun sözlərini götür. Gedib götürdüm və gördüm ki, çox balaca roldu. Sözün açığı içimdə deyindim ki, bu nə roldu Şərif mənə verib. Heç ürəyimjə olmadı. Məşqlərə gələndə gördüm ki, Azərbaycanın çox istedalı aktyorları Yaşar Nuriyev, Afaq Bəşirqızı, Məcnun Hacıbəyov, Telman Adgözəlov, Arif Quliyev bu tamaşada məşq edirlər. Onları görəndə məni əsməcə tutdu ki, bunların qarşısında nə edəcəm? Bu rolla mən nə edə bilərəm? Həm də mənim ilk məşqimdən Şərif çox narazı qaldı. Öz iradını bildirdi.

Evdə oturub, rolu məşq edirdim. Bu vaxt rəfiqəm Məhsəti bizə gəldi. O, yastı-yastı danışır. Dilində də bir az şirinlik var. Başladı danışmağa. Birdən fikirləşdim ki, Tomka elə Məhsəti kimi danışmalı və onun hərəkətlərini etməlidir. İndi başladım Məhsətiyə suallar verməyə ki, o, danışsın, mən də onun hərəkətlərini götürüm və Tomka rolunda göstərim. Siz bilirsiz ki, rejissorlar və aktyorlar obrazları həyatdakı adamların prototipi əsasında, onları müşayət etməklə, ştrixlərini tapıb, səhnəyə gətirəndə daha maraqlı olur. Səhər məşqdə başladım Məhsəti kimi danışmağa. Mənim bu danışıq formam və hərəkətlərim rejissor Şərifin və aktyorların çox xoşuna gəldi. Sonra bəzi əlavələr də eləyib, bu rolu oynadım. Tamaşaçıların xoşuna gəldi. İndi də Məhsəti deyir ki, "ay qız mənə minnətdar ol, qədrimi bil ki, Qubalı qızı Məysətinin sayəsində şən bu rolu oynadın". Mən də zarafatla deyirəm ki, sənə qədir ağacı əkəcəm. İndi özüm də hər dəfə bu televiziya tamaşasındakı Tomka roluma baxanda fikirləşirmə ki, bu mənəm? Bu rol mənə böyük uğur gətirdi. Buna görə mən Şərif Qurbanəliyevə və Sabah Yaradıjılıq Birliyinin rəhbəri Ramiz Həsənoğluna həmişə öz minnətdarlığımı bildirirəm.

- Eşitmişəm ki, bu roldan sonra sizə çoxlu ssenarilər veriblər onlarda çəkiləsiniz. Amma siz imtina etmisiniz. Niyə?

- Çünki onların təklif etdiyi rollar Tomkaya oxşayırdı, ya da onun təkrarı idi. Ssenarilərin də çoxusu zəif idi. Deməli, Tomka rolu haradasa məni bir dairəyə saldı. Rejissorların çoxusu məni bu tipli rollarda görməyə başladılar. Bu da mənə pis təsir edirdi. Amma teatrda rejissor Nijat Kazımov məni tamam başqa ampulada görüb, Əbdürrəhim bəy Haqverdiyevin "Pəri cadü" tamaşasında Şamama cadu rolunu verdi. Belə xarakterdə rol mən ilk dəfə idi ki, oynayırdım.

- Bu rolda siz doğrudan da yaxşı oynayırsız. Bu rolu obraz səviyyəsinə qaldırıbsız. Maraqlı yeriş, plastika, danışıq tərzi tapıbsız. Naibə xanıma heç oxşamırsız. Bu obraz həm rejissorun və həm də sizin Azərbaycan teatr tarixində böyük uğurunuzdur.

- Rejissorla aktyor-aktrisa müştərək işləyəndə, biri-birini başa düşəndə, maraqlı iş ortaya çıxartmaq olur. Elə sizin quruluş verdiyiniz Panço Pançevin "Dörd əkizin nağılı" tamaşasında da rejissor və aktyorlar bir-birini yaxşı başa düşdüklərindən və məşqlər maraqla getdiyindən çox yaxşı tamaşa alındı.

- Bu gün Azərbaycanda çoxlu seriallar çəkilir. Onu da danmayaq ki, bu serialların çoxusunun da ssenariləri primitiv, kofliktsiz, adi dialoqlarla yazılan, mənasız bir şeydir. Görəsən bu adamların dünyada çəkilən televiziya seriallarından xəbəri yoxdurmu? Özü də ən dəhşətlisi budur ki, həmin serialları heç rejissuradan xəbəri olmayanlar çəkir. Sizin buna münasibətiniz nejədir?

- Açığı münasibətim çox pisdir. Bu dırnaqarası rejissorların aktyor, atrisa seçimi çox uğursuzdur. Bilirsiniz ki, hər bir tamaşanın və kinofilmin ən böyük uğuru rol bölgüsüdür. Mən sevinirəm ki, teatrda rejissorlar Loğman Kərimov, Nicat Kazımov və elə siz özünüz mənə maraqlı rollar veribsiniz. Amma maraqlıdır ki, televiziya seriallarına, kinofilmlərə məni dəvət etmirlər. Cahangir Mehdiyev "Fosforlu Cevriyyəni" çəkəndə məni baş rola dəvət etdi. Çox maraqlı televiziya filmi alındı. Eləcə də kinofilmdə kiçik rol olan Qaraçı qadın rolum tamaşaçılar tərəfindən maraqlı qarşılandı.

- Naibə xanım Allaherdiyevanın indi aktrisa kimi çiçəklənən dövrüdür. Deməli, televiziyalar, Azərbaycan Dövlət Kino Studiyası indi sizə daha çox müraciət etməlidir. Teatrda çoxlu rollar oynamalısız. İndi sizə müraciət edirlərmi?

- Kino Studiya və televiziyalar demək olar ki, çox az müraciət edirlər. Axır vaxtlar Mosfilmdə çəkilmişəm. Kiçik bir roldur. Amma çox maraqlıdır. Gül satan Qadın. Moskvada çəkildim. Orada hamı mənim oyunumu maraqla qarşıladılar. Bu gün tamaşaçılar da mənə tez-tez sual verirlər ki, niyə sizi seriallara, filmlərə çəkmirlər? Yadımdadır ki, Türkiyədə festivalda biz "Pərü cadü"nu oynayanda tamaşaçılar və festivala gələn başqa teatrların kollektivləri oynadığım Şamama caduya böyük heyranlıqla tamaşa edirdilər. Eləcə də Moskvada tamaşalardan kiçik parçalarla çıxış edəndə tamaşaçılar böyük heyranlıqla baxırdılar. Əgər məndə bu gün böyük patensial varsa, axı rejissorlar bu potensialdan niyə istifadə edmirlər? Axı niyə mənə qarşı belə münasibət var? Bizim aktyor sənəti bir dəmirdir. Əgər bu dəmir işləyirsə parıldayır. İşlənmirsə paslaşır. Axı mən bütün həyatımı bu sənətə qurban vermişəm…

- Axır vaxtlar Azərbayjan teatr aləmində böyük bir dirçəliş, oyanış var. Azərbaycanda beynəlxalq səviyyəli teatr tədbirlərinin, festivalların keçirilməsi. Xarici rejissorların, rəssamların quruluş vermək üçün Azərbaycana dəvət olunması. Eləcə də teatrlarımızın xarici festivallarda, qastrollarda olması bu böyük uğurdur. Bu il də Milli teatrımızın 140 ili və Azərbaycan Dövlət Gənj Tamaşaçılar Teatrının 85 ili tamam olur. Bütün bunlar haqqında bir aktrisa kimi nə deyə bilərsiz?

- İlk öncə onu vurbulamaq istəyirəm ki, teatrlarımız yüksək səviyyədə təmir olunub. Bu biz teatr işçilərinə dövlət başçımız tərəfindən böyük qayğıdır. Amma bizdə maraqlı rejissorlar azdır. Teatrlara cavan rejissorlar demək olar ki, gəlmir. Onlar seriallar çəkməyə gedirlər. Həm də javan rejissor institutdan, parta arxasından gələn kimi tamaşalar qoymamalıdır. Heç olmasa Mədəniyyət və İncəsənət Universitetinin axırıncı kursundan teatrlarda təcrübə keçməlidirlər. Xarici ölkələrə təcrübə öyrənmək üçün göndərilməlidirlər. Çünki bizdə, Mədəniyyət və İncəsənət Universitetində rejissor məktəbi zəifdir. Aktyorların da inkişafında rejissorun əməyi böyükdür. Çünki teatrın, tamaşanın atası rejissordur. Sevinirəm ki, bizim teatrda maraqlı rejissorlar işləyir. Onlarla işləmək mənim üçün xoşdur. Müasir dramaturgiyamız da zəifdir. Teatrlar üçün pyes yazan cəmi bir neçə dramaturqumuz var. Teatrın uğuru maraqlı pyes və öz dəsti-xətti olan rejissura deməkdir. Əgər bunlar yüksək səviyyədə olsa, Azərbaycan teatrı dünya səviyyəsində öz sözünü deyə bilər.

- Teatrda hansı rolları oynamaq istəyirsiz?

- Arzularım çoxdur. Çoxlu rollar oynamaq tstəyirəm. Əsasən də Kleopatranı. Təki sağlıq olsun. İndi isə hal-hazırda Feyruz Mustafanın "Müqəvva" monotamaşası üzərində işləyirəm. Bu tamaşa inanıram ki, maraqla qarşılanacaq. Çünki cəmiyyətimizdə qadınların başına gətirilən facilər burada özünün maraqlı əksini tapıb. Bu tamaşa həm də mənim benefis tamaşa olacaq.

- Sizə gələcək yaradıjılığınızda uğurlar arzu edirik.

- Çox sağ olun. Fürsətdən istifadə edib, insanlarımızı teatrlara, tamaşalara baxmağa dəvət edirəm. Axı teatr məbəddir. Tamaşalar isə həyatı dərindən öyrənmək üçün insana yol göstərən universitet, mayakdır. Axı teatr, həyatın kiçildilmiş modelidir. Bu modeldə biz yaxşı ilə pisi daha tez görüb və onlardan nəticə çıxartmağı asanlıqla bacara bilərik.

Ağalar İDRİSOĞLU,

Yazıçı-rejissor

Bütün xəbərlər Facebook səhifəmizdə