Heydər Əliyev Sarayı növbəti dəfə uşaqları sevindirib FOTOLAR

Heydər Əliyev Sarayı növbəti dəfə uşaqları sevindirib FOTOLAR

Heydər Əliyev Sarayının təşkilatçılığı ilə "Uşaqların Beynəlxalq Müdafiəsi Günü"nə həsr olunan konsert proqramı keçirilib. SİA-nın məlumatına görə, ilk olaraq tədbirin aparıcısı 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününün yaranma tarixindən və dünya ölkələrində olduğu kimi, Azərbaycanda da yüksək səviyyədə qeyd olunmağından danışıb.

Daha sonra bayram konsertinə start verilib. Konsertdə uşaqlara "Asiman" rəqs kollektivinin ifasında müxtəlif milli və müasir rəqslər, Şaolin və Bədii Qimnastika Federasiyaları təmsil edən idmançı uşaqların rəngarəng çıxışları, illüziya şousu təqdim olunub.

Xüsusilə, Azərbaycanın "Eurovision" təmsilçilərinin çıxışı uşaqların böyük marağına səbəb olub. "Eurovision-2011"-in qalibi Eldar Qasımov və "Eurovision- 2013"də 2-ci yer əldə edən Fərid Məmmədovun çıxışları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Adəti üzrə bu bayram konsertinə Sarayın rəhbərliyi tərəfindən kimsəsiz, fiziki qüsurlu, əlil uşaqlar təmənnasız olaraq dəvət olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə