“Teatr əməkdaşlığı“ layihəsi davam edir

“Teatr əməkdaşlığı“ layihəsi davam edir

British Council Azərbaycan nümayəndəliyinin Mədəniyyət və Turizm Nazirliyi ilə əməkdaşlıq çərçivəsində həyata keçirdiyi "Teatr əməkdaşlığı" layihəsi davam edir. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı, Azərbaycan Dövlət Akademik Dram Teatrı, Yuğ Teatrı, Bakı Pantomima Teatrı və Rus Dram Teatrı kimi dövlət və özəl teatrları ilə əməkdaşlığın genişləndirilməsinə hərs olunən layihə Birləşmiş Krallığın mütəxəssislərinin həyata keçirdiyi təlim proqramı vasitəsilə Azərbaycanın dövlət və özəl teatrlarında gənc aktyorların və səhnəarxası heyətin peşəkar bilik və bacarıqlarının gücləndirilməsinə istiqamətlənib. SİA-nın məlumatına görə, layihənin məqsədi müəyyən qrup gənc aktyor və səhnəarxası heyətin bacarıq və peşəkarlığını beynəlxalq standartlar səviyyəsində təkmilləşdirməyə kömək etməkdir.

Bildiyiniz kimi, layihə çərçivəsində ilk təlim 20 illik təcrübəyə malik peşəkar işıqlandırma dizayneri Maykl Manyon tərəfindən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Azərbaycanın müxtəlif teatrlarını təmsil edən işıqlandırma dizaynerləri üçün keçirilib.

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Maykl Manyon tərəfindən həyata keçirilən ikinci təlim isə 21 mayda start götürüb. Azərbaycan teatrlarında fəaliyyət göstərən işıqlandırma dizaynerləri üçün nəzərdə tutulan təlim sabah yekunlaşacaq.

Məlumat üçün bildirək ki, Maykl "Eye for Detail" işıq rəssamları agentliyinin konsultantıdır. O, rəqqaslar dizaynı üzrə mütəxəssisdir. Onun dizayn üzrə Britaniya, Avropa və Cənubi Afrikada çox saylı səlahiyyətləri var, onun dizayn işləri turizm kompaniyaları, sayt xüsusiyyətləri və quraşdırmalarını özündə əks etdirir. O, Phoenix Dance Company; Rambert Dance Company; The Royal Ballet; Javier De Frutos; Ashley Page; Athina Vahla; Protein Dance Company və çoxlu digər yerlər üçün dizayn işləmişdir. Gələcək planlarına isə Birmingem Kral Baleti üçün işıq dizaynının qurulması da aiddir. Maykl, həmçinin London, Danimarka və Cənubi Afrikada işıqlandırma dizayn kursları üzrə bakalavr və magistr dərəcəsini alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə