"Eurovision- 2013"ün II yarımfinalı başladı

"Eurovision- 2013"ün II yarımfinalı başladı

İsveçin Malmö şəhərində keçirilən "Eurovision-2013" mahnı müsabiqəsinin II yarımfinal həyəcanı başladı. SİA-nın məlumatına görə, ilk olaraq rəqqasların ifasında müxtəlif musiqi alətlərinin sədası altında maraqlı çıxış olub.

Daha sonra səhnəyə çıxan "Eurovision-2013" şousunun aparıcısı Petra Mede bu mötəbər layihənin tamaşaçılarını salamlayıb.

"Malmö Arena"ın səhnəsində 17 ölkənin təmsilçiləri finala vəsiqə qazanmaq uğrunda mübarizə aparacaq.

II yarımfinalda səhnəyə ilk olaraq "Here we go" mahnısı ilə Latviya təmsilçisi Per çıxıb.

Daha sonra isə Albaniya, Ermənistan, Bolqarıstan, Makedoniya, Finlandiya, Gürcüstan, Yunanıstan, Macarıstan, İslandiya, İsrail, Malta, Norveç, Rumıniya, San Marino və İsveçrə ardıcılıqla öz performanslarını sərgiləyəcəklər.

Sonuncu, yəni 17-cunömrə altında isə "İt`s my life" mahnısı ilə rumıniyalı təmsilçi Cezar çıxış edəcək.

Azərbaycan təmsilçisi Fərid Məmmədov bu mötəbər yarışmada 4-cü nömrə altında çıxış edəcək. Bu yarımfinalda iştirak edən 17 ölkədən 10-u finala vəsiqə qazanacaq.

Qeyd edək ki, ümumilikdə final şousu 45 ölkədə yayımlanacaq. Müsabiqə 39 iştirakçı ölkə ilə yanaşı, bu il həm də Qazaxıstan, Kosovo, Bosniya, Portuqaliya və Avstraliyada da yayımlanacaq. Bu il Çin vətəndaşları da bu şounu izləmək şansını əldə edəcəklər. Baxmayaraq ki, şou Çində canlı yayımlanmayacaq, lakin onlara da yayım hüququ verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə