Yeni film çəkilir

Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında "Polkovnikin xəzinəsi" adlı yeni filmin istehsalına start verilib. Kinostudiyanın direktoru Müşfiq Hətəmovun SİA-ya verdiyi açıqlamaya görə, film Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çəkiləcək.

Onun sözlərinə görə, filmin rejissoru əməkdar incəsənət xadimi Fikrət Əliyev, ssenari müəllifi isə yazıçı İlqar Fəhmidir: "Detektiv-komediya janrında çəkiləcək filmin aktyor heyəti hələ tam təsdiqlənməsə də, "Sınaq" studiyasında artıq yeni filmə hazırlıq mərhələsi gedir".

Bütün xəbərlər Facebook səhifəmizdə