Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin sədri Leyla Əliyevanın təşəbbüsü ilə mayın 5-də Moskvada MOD-Design Müasir Dizayn və İnnovasiyalar Mərkəzində gənc Rusiya və Azərbaycan dizaynerlərinin işlərindən ibarət AMOR-Fashion Day sərgisi keçiriləcək. RAGB-ın əlaqələndiricisi Natiq Əliyevin verdiyi məlumata görə, ilk dəfə olaraq Rusiya paytaxtında, eyni zamanda, üç şəhərin – Moskva, Bakı və Sankt-Peterburq şəhərlərinin dizaynerləri bir meydançada öz geyim nümunələrini nümayiş etdirəcəklər. Bu, müasir Azərbaycan və Rusiya dizaynerlərinin novator ideyaları ilə tanış olmaq üçün həqiqətən nadir imkandır. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Üslublar, parçalar və fakturalar dəblə geyinən ən zövqlü insanların başını gicəlləndirə bilər. Kolleksiyalarda bu mövsümdə çox aktual olan ipək, şifon, krujeva və əlbəttə, hamının çox sevdiyi pambıq parçalar nümayiş etdiriləcək.
RAGB-Faşhion Day bütün maraqları nəzərə alır. Burada dizaynerlərin ayrıca toy paltarları nümayiş etdiriləcək. Gecənin qonaqları defilədən sonra dizaynerlərlə görüşəcək, onların və rəssamların yaratdıqları performansa, xüsusən məhəndiyə (bədəndə həna rəsmləri sənətinə) tamaşa edəcəklər. MOD-Design mərkəzinin foyesində "Baku" jurnalının təşkil etdiyi BAKU-Fashion fotoşəkil sərgisi keçiriləcək.
Gecənin qonaqları arasında Rusiya və Azərbaycanın tanınmış ictimai xadimləri, stilistləri və bloggerləri olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB