Tanınmış modelyer “Eurovision-2013”ün aparıcısının paltarını tikəcək

Tanınmış modelyer “Eurovision-2013”ün aparıcısının paltarını tikəcək

İsveçdə keçiriləcək "Eurovision-2013" mahnı müsabiqəsinin final aparıcısı Petra Mede üçün geyimi dünya şöhrətli fransız modelyeri Jan-Pol Qotye hazırlayacaq. SİA-nın müsabiqənin rəsmi saytına istinadən verdiyi xəbərə görə, builki şounun prodüseri final mərhələsində aparıcının geyiminin dünya şöhrətli fransız modelyerinin hazırlaması ilə bağlı təşəbbüsü dərhal dəstəklənib.

Jan-Pol Qotye və Petra Mede artıq modelyerin studiyasında paltarın parçası və rəngi ilə bağlı detalları müzakirə ediblər. Müsabiqənin pərəstişkarı olan Jan-Pol Qotye bir neçə dəfə yarışmanın iştirakçıları, o cümlədən keçən ilki yarışmada Fransanın təmsilçisi Anqun üçün də geyimi o, hazırlayıb. Eyni zamanda, məşhur modelyerə Petra Medenin də böyük rəğbəti var.

Bütün xəbərlər Facebook səhifəmizdə