Keçən il muzeylərə gələn ziyarətçilərin sayı artıb

Keçən il muzeylərə gələn ziyarətçilərin sayı artıb

"Turistlərin İçərişəhərə cəlb edilməsi və onların burada özlərini rahat hiss etmələri üçün müvafiq infrastruktur qurulmalı idi və bu sahədə artıq xeyli iş görülüb. Turizm məlumat mərkəzi yaradılıb, Qoruq ərazisində 4 informasiya köşkü quraşdırılıb, turizm marşrutları müəyyən edilib, turistlər üçün Azərbaycan və 4 xarici dildə bələdçilik xidməti təşkil olunub". SİA-nın məlumatına görə, bunu "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Mikayıl Cabbarov deyib.

M.Cabbarov bildirib ki, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin www.icherisheher.gov.az saytı ingilis və rus dillərində fəaliyyət göstərməyə başlayıb: "Bu da saytın əcnəbi auditoriyasını genişləndirməklə İçəri Şəhərin ölkə xaricində təbliği və populyarlaşdırılması məqsədini güdür. Saytda yerləşdirmiş İçəri Şəhərin keçmiş və müasir görüntülərini əks etdirən rəsmlər, fotoşəkillər, 3D virtual tur, açıqcalar və videomateriallardan ibarət guşəyə daxil olmaqla bu qədim məkana virtual səyahət etmək mümkündür. Görülən işlər nəticəsində İdarənin tabeliyində olan muzeylərə gələn ziyarətçilərin sayı 2012-ci ildə 187.229 nəfərə çatıb".

Bütün xəbərlər Facebook səhifəmizdə