Ümumilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunan tamaşa...
Aprelin 28-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında dahi bəstəkar Üzeyir Hacıbəylinin "Koroğlu" operasının tamaşası keçiriləcək. SİA-nın məlumatına görə, teatr bu tamaşanı Ümumilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr edib.
Tamaşada teatrın ən yaxşı yaradıcı qüvvələri iştirak edəcək. Xalq artisti Samir Cəfərov- "Koroğlu", gənc və istedadlı vokalçı İlahə Əfəndiyeva- "Nigar" partiyasını ifa edəcək. Tamaşada həmçinin, xalq artistləri Şahlar Quliyev, Əli Əsgərov, Nəzakət Teymurova, eləcə də əməkdar artistlər Nizami Bağırov, Sabir Əliyev və başqaları çıxış edəcəklər.
Tamaşanın dirijoru isə xalq artisti, professor Cavanşir Cəfərovdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB