Azərbaycan beynəlxalq sərgidə təmsil olunacaq

Azərbaycan Belarusda keçiriləcək beynəlxalq turizm sərgisində təmsil olunacaq. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən məlumata görə, "Turbiznes" Beynəlxalq turizm sərgisi bu ilin oktyabrın 23-dən 26-dək keçiriləcək.

Məlumatda bildirilir ki, Belarusun paytaxtı Minsk şəhərində keçiriləcək beynəlxalq sərgidə Azərbaycanın görməli yerləri, mədəni-tarixi abidələri, mehmanxana və turizm obyektləri rus və ingilis dillərində hazırlanmış müxtəlif adda broşür, buklet və CD-lər vasitəsilə təbliğ olunacaqdır. Həmçinin sərgidə ölkəmizdə fəaliyyət göstərən bir neçə turizm şirkətinin nümayəndələri iştirak edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...