San Marinonun "Eurovision" iştirakçısı dəyişmədi

San Marinonun "Eurovision" iştirakçısı dəyişmədi

San Marinonun iştirakçı-yayımçı SMTV kanalının keçirdiyi mətbuat konfransında məlum olub ki, bu ilki Eurovisionda da ölkəni Valentina Monetta təmsil ecəcək. SİA-nın müsabiqənin rəsmi internet saytına istinadən verdiyi xəbərə görə, Monetta müsabiqədə "Chrysalis" adlı mahnını yeni versiyada ifa edəcək.

Yay ayından bəri televiziyaya bu ilki mahnı müsabiqəsi üçün müxtəlif təkliflər daxil olub. Təkliflər televiziya tərəfindən yaradılan və 3 peşəkar musiqiçinin də daxil oduğu komissiya tərəfindən qiymətləndirilib. Komissiya və televiziyanın gəldiyi birgə rəyə əsasən, bəstəkar Ralph Siegel və müğənni Valentina Monettanın göndərdiyi layihə qəbul edilib.

Mahnı San Marinonun RTV kanalının xüsusi proqramında ictimaiyyətə təqdim olunacaq. Veriliş eyni zamanda, süni peyk və internet vasitəsi ilə də yayımlanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə