Naxçıvan Muxtar Respublikası ərazisində aparılan arxeoloji araşdırmaların, ilkin şəhər mədəniyyətinin təbliği məqsədilə yeni sayt yaradılıb. SİA-nın məlumatına görə, www.qedim.nakhchivan.az saytında Naxçıvanın orta tunc, Kür-Araz, eneolit və digər dövrlərin mədəniyyətlərini əhatə edən qədim yaşayış yerləri - Qazma mağarası, Gəmiqaya, Xaraba Gilan, qədim duz mədəni, Oğlanqala, I, II Kültəpə, I, II Maxta və digər tarixi yerlərdə aparılan arxeoloji tədqiqatlar, onların nəticələri, regionun qədim mədəniyyətinin araşdırılması məqsədilə imzalanan sərəncamlar öz əksini tapıb.
Saytda həmçinin Naxçıvan tarixinə, mədəniyyətinə, folkloruna dair sənədlər, elektron kitablar, toplular, məqalələr, fotoalbomlar yer alıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB