Bu gün "İqor Burqanov-Müasir Xalça" Beynəlxalq Elmi konfransı keçirilib. SİA-nın verdiyi xəbərə görə, mərasimin keçirilməsində əsas məqsəd qədim sənət vasitəsilə müasir təsvirləri təqdim edərək xalça sənətində yenilik yaratmaq və qonşu xalqlar arasında mədəni əlaqələri inkişaf etdirərək möhkəmləndirməkdir.
Tədbirdə Mədəniyyət və Turizm Nazirliyi və Rusiya səfirliyinin nümayəndələri, sənətşünaslar, toxucular, muzey əməkdaşları, media nümayəndələri və başqaları iştirak edib.
Nəzərinizə çatdıraq ki, 2012-ci ilin may ayında L.Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyidə Rusiya Federasiyasının əməkdar rəssamı, sənətşünaslıq namizədi, Rusiya İncəsənət Akademiyasının müxbir üzvü İqor Burqanovun eskizləri əsasında toxunmuş xalçalardan ibarət " İqor Burqanovun Müasir xalça sərgisi" təşkil olunub. Bu sərgiyə həsr olunmuş elmi məqalələrin yazılması üçün " Sərhədsiz sənət: Azərbaycan xalçası dünyası İqor Burqanovun yaradıcılığında" adlı müsabiqə elan edilib. Mərasim zamanı müsabiqədə qalib gələn müəllifləri mükafatlandırıblar. Müsabiqə İştirakçılarına Rusiya Rəssamlıq Akademiyası səviyyəsində Diplomlar Rusiyanın Azərbaycandakı Səfiri tərəfindən təqdim olunub.
Qeyd edək ki, bu Beynəlxalq elmi konfransın materialları əsasında Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, L. Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi və Burqanovlar ev muzeyi tərəfindən Azərbaycan və rus dillərində kitab nəşr olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB