Fransa və Ermənistan təmsilçisini seçdi FOTO

Fransa və Ermənistan təmsilçisini seçdi FOTO

İsveçin Malmö şəhərində keçiriləcək "Eurovision 2013" mahnı müsabiqəsində iştirak edəcək Fransa və Ermənistanın təmsilçisi müəyyənləşib. SİA-nın müsabiqənin rəsmi saytına istinadən verdiyi xəbərə görə, Fransanı bu müsabiqədə Amandine Bourgeois adlı müğənni təmsil edəcək. Təmsilçi müsabiqədə sözləri və musiqisi Boris Bergman və David Salkinə məxsus olan "Hell And Me" ("L'Enfer Et Moi" - "Cəhənnəm və mən") adlı mahnını ifa edəcək. A.Bourgeois 1979-cu ildə anadan olub.

Ermənistanı isə bu müsabiqədə 25 yaşlı Gor Sujyan təmsil edəcək. O, "Dorians" musiqi qrupunun əsas ifaçısıdır. 2010-cu ildə Ermənistanın "Eurovision" təmsilçisi Eva Rivasın bek-vokalçısı qismində bu səhnədə çıxış edib. Gor Sujyan Ermənistanın məşhur rok ifaçısıdır. Ermənistan təmsilçisinin müsabiqədə ifa edəcəyi mahnı martın 2-də məlum olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə