“Eurovision-2013”-ün akkreditasiyası başlanıb

“Eurovision-2013”-ün akkreditasiyası başlanıb

Bu ilin mayında İsveçin Malmö şəhərində keçiriləcək "Eurovision-2013" mahnı müsabiqəsində nümayəndə heyətlərinin, jurnalistlərin və fanklub üzvlərinin akkreditasiyasına başlanılıb. SİA-nın məlumatına görə, akkreditasiya prosesi aprelin 19-u Mərkəzi Avropa vaxtı ilə saat 23:59-dək davam edəcək.

Akkreditasiya "Eurovision" mahnı müsabiqəsinin rəsmi saytı olan eurovision.tv-də "Eurovision Family Accreditation System" (EFAS) vasitəsilə həyata keçirilir. Həmçinin saytda otel sifarişi haqqında da məlumat və müvafiq istiqamətlər yerləşdirilib. Müvafiq sistemə daxil olan turistlər otelləri aprelin 5-dək otel sifariş edə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə