Bu gün Azərbaycan Bəstəkarlar İttifaqı və Azərbaycan Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə 20 Yanvar Faciəsinin 23-cü ildönümünə həsr olunan anım tədbiri keçirilib.
SİA-nın məlumatına görə, Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına Konsert Salonunda baş tutan tədbirdə İttifaqının "Oazis" simli kvartetinin çıxışı, həmçinin Rəssamlar İttifaqının üzvləri Rövşən Məmmədov, Rəfael Muradov, Oqtay Quliyev və Bayram Qasımxanlının rəsm əsərlərindən ibarət sərgi nümayiş olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB