Yanvarın 19-da Akademik Opera və Balet Teatrında dünya klassik balet sənətinin ən dəyərli nümunələrindən olan Adolf Adanın "Jizel" baletinin tamaşası keçiriləcək. Teatrdan SİA-ya verilən məlumata görə, tamaşada əsas partiyaları ifa etmək üçün Teatrın rəhbərliyi Sankt-Peterburqun Mixaylovski adına Akademik Opera və Balet Teatrının aparıcı solistləri, Rusiyanın Əməkdar Artistləri, balet artistlərinin beynəlxalq müsabiqələrinin laureatı Sabina Yapparova (Jizel) və Andrey Yaxnyuku (Albert) dəvət edib.
Tamaşanı xalq artsti, professor Cavanşir Cəfərov idarə edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB