"Sehrli Dünya" balacaları sevindirdi FOTO

"Sehrli Dünya" balacaları sevindirdi FOTO

"Kiçik Dünya" Uşaqların Maarifləndirilməsinə Kömək İctimai Birliyinin artıq 4000 nəfər oxucusu olan "Sehrli Dünya" jurnalı xüsusi istedadları ilə fərqlənən oxucuları ilə Yeni il şənliyi keçirib. Jurnalın baş redaktoru Gülzar İbrahimovanın SİA-ya verdiyi məlumata görə tədbirin keçirilməsində məqsəd istedadlı uşaqlara diqqət göstərilməsi, uşaqları sevindirmək, şənləndirmək və Yeni ilini təbrik etmək idi.

Yeni il şənliyinə dəvət olunmuş qonaqlardan BDU-nun professoru, "Uşaq ədəbiyyatı" dərsliyinin müəllifi, "Sehrli Dünya" jurnalının baş məsləhətçisi Qara Namazov, uşaqların sevimli yazıçı, şairi Zahid Xəlil uşaqların Yeni ilini təbrik edib, "Sehrli Dünya" jurnalına uzun ömürlülük arzu ediblər.

Şənlikdə Qusar, Naftalan, Lerik, Goranboy rayonlarından gəlmiş oxucular da iştirak ediblər. Uşaqlara Qaleri uşaq oyuncaqları mağazasından xüsusi hədiyyələr təqdim edilib.

200 nəfərə qədər oxucunun iştirak etdiyi tədbirdə uşaqlar üçün konsert, rəqs kollektivlərinin çıxışı (Səma rəqs qrupu, Bakı şəhəri 46 saylı məktəbdənkənar tərbiyə işi mərkəzinin "Balaca polislər" rəqs kollektivi), Şaxta baba, qar qız, foksçu Tofik Əliyevin çıxışı, klounlar şənliyə toplaşmış uşaqların Yeni ilini daha da şənləndirib.

Bütün xəbərlər Facebook səhifəmizdə