Şahdaq Qış-Yay Turizm Kompleksinin Cənubi Qafqazda analoqu yoxdur FOTOLAR
Şah dağ qış yay turizm kompleksinini birinci mərhələsi gələn il yanvarın 15 də istifadəyə veriləcək. 2 min hektara yaxın ərazini əhatə edən kompleksin 1-ci mərhələsi lift bazası və 140 yerlik 2 hotel restorandan ibarətdir. Eyni zamanda ərazidə 6 kanat yolu quraşdırılıb və onların hərəsində 4 nəfərlik oturacaq olmaqla 280 açıq kabina quraşdırılıb.


Kanat vasitəsilə ətraf ərazini tamam görmək olur. Bizi müşayət edən mühəndisin sözlərinə görə, kanatlar çox möhkəm quraşdırılb və burada bütün təhlükəsizlik tədbirləri görülüb
Uzunluğu 1400 m-dən artıq olan 3 nömrəli kanat yolunun yuxarı terminalında olduq. Burada 100-ə yaxın oturacaq quraşdırılıb və artıq bu kanat yolu turistləri qəbul etməyə hazırdır.


Kanat yolunda turistləri xizəklə sürüşməyə hazırlamaq üçün xüsusi olaraq xaricdən mütəxəssislərdə dəvət olunub. Elə ispan təlimçilərin 1800 m uzunluqu olan xizək eniş yolunda necə sürüşməsinin şahidi olduq.
Quraşdırılan kanat yolunun 1-i isə bugir adlanır. Bu yol xizək sürməyə yeni öyrənən turistlər üçün nəzərdə tutulub.



Lift bazasının ərazisində uşaqların və umumiyyətlə xizək turizmini öyrənən insanlar üçün xüsusi qar meydançasıda quraşdırılıb. Bura gələn turistlərin istirahətini tam təşkil etmək üçün ərazidə fəaliyyət göstərəcək otellərdə milli mətbəxtnən yanaşı italyan mətbəxidə turistlərin istifadəsində olacaq. Qeyd edək ki, təbiətin qoynunda, ağ örpəyə bürünmüş dağların ətəyində inşa olunan Şah dağ Qış-yay Turizm Kompleksinin Cənubi Qafqazda analoqunun olmayacağı gözlənilir.
Emin Kərimov, Qusar




Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB