Bu gün “Nizami” gəlir

Bu gün "Nizami" Kino Mərkəzində "Nizami" sənədli filminin təqdimatı keçiriləcək. SİA-nın məlumatına görə, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında çəkilmiş filmin rejissoru və baş operatoru Rafiq Quliyev, ssenari müəllifi Yusif Şeyxov, operatoru Ceyhun Quliyev, səs rejissoru Mehman Nadirov, icraçı prodüsser Tofiq Musayev, prodüsseri Müşfiq Hətəmovdur.

Həmin gün "Nizami" Kino Mərkəzində Azərbaycan Dövlət Rəsm Qalereyası Nizami Gəncəviyə həsr olunmuş qrafika əsərlərindən ibarət sərgi təşkil edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə