Tanınmış Hollivud aktyoru və rejissoru Ben Stiller hər il təqdim edilən "Amerika Sinematek Mükafatı"na layiq görülüb. SİA-nın məlumatına görə, aktyor bu mükafatı kinematoqrafiyaya verdiyi töhfələrə görə alıb. Mükafatın sayca 26-cı təqdimetmə mərasimi ötən həftəsonu Los-Anceles şəhərində baş tutub. Təqdimetmə mərasimindən sonra aktyorun şərəfinə qala gecəsi də təşkil edilib və gecədən əldə edilən gəlir "Amerika Sinematek" qeyri-kommersiya təşkilatının 1-illik fəaliyyətinə yatırılıb.
Aktyoru təbrik etməyə onun həmkarları Cenifer Eniston, Lora Dern, Uill Farell, eləcə də həyat yoldaşı, aktrisa Kristin Teylor gəlmişdi. "Amerika Sinematek Mükafatı" əyləncə sənayesinə və kinematoqrafiya sahəsinə verdiyi töhfələrə görə qeyri-adi incəsənət xadimlərinə təqdim edilir.
Qeyd edək ki, aktyor 1993-cü ildə "Ben Stiller Şou" adlı komedik şouya görə "Emmi" mükafatı da alıb. Ben Stiller bir aktyor kimi "Hamı Merinin dərdindən ölür", "Faker ailəsi ilə tanışlıq", "Muzeydə gecə" komediya filmləri ilə şöhrət qazanıb, eləcə də prodüsser və rejissor kimi də fəaliyyət göstərir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB