Azərbaycanda ilk dəfə 3D unikal şou baş tutdu

Azərbaycanda ilk dəfə 3D unikal şou baş tutdu

Azərbaycanda ilk dəfə olaraq 3D unikal şou tamaşası baş tutub. SİA-nın məlumatına görə, azyaşlı uşaqların tətil günlərini daha da maraqlı etmək məqsədi ilə Heydər Əliyev Sarayında 16-17 noyabrda keçirilən tədbirdə tamaşaçılara "Sehrli" eynəklər hədiyyə olunub. Bu eynəklərin köməyi ilə tamaşaçılar musiqili, super - effektli, rəngarəng kostyumlu, fantastik çevrilmələrlə dolu qeyri-adi əhvalatın içinə düşərək tamaşanın bilavasitə iştirakçısına çevrilmək şansını qazanıblar.

Balacalar sevimli nağıl qəhrəmanı Ələddinlə birgə od və su aləminə, səma və yeraltı şəhərlərinə virtual səyahət edərək divlə döyüş səhnəsinin iştirakçısı olublar.

Qeyd edək ki, "Ələddin. Yeni macəralar" adlı unikal 3D şou – tamaşası "laterna - magika"-nın qeyri-adi effekti və 3D görüntü ilə təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə