Bu gün "Park Cinema" ənənəsinə sadiq qalaraq jurnalistlərə jest edib. SİA-nın məlumatına görə, dünya premyerasından öncə "Toran.Saqa.Şəfəq: 2-ci hissə"ni media nümayəndələrinin ixtiyarına verilib.
Film başlamamışdan əvvəl jurnalistləri salamlayan "Park Cinema"nın direktoru Namik Quliyev bildirib ki, film noyabrın 17-də dünya premyerasına çıxarılacaq. Onun sözlərinə görə, müvafiq qurumla saziş imzalanıb: "Media nümayəndələrinin fikirlərini bilmək və onların istirahətini layiqincə dəyərləndirmək əsas istəyimizdir".
Filmin nümayişi boyunca media nümayəndələrimiz həyəcanlı dəqiqələr yaşayıb. "Toran.Saqa.Şəfəq: 2-ci hissə" bitdikdən sonra jurnalistlər "Park Cinema"nın rəhbərliyinə öz təşəkkürünü bildirib.
Məlumat üçün bildirək ki, filmin əsas qəhrəmanı olan Bella vampirə çevrildikdən sonra tədricən öz yeni təbiətinə öyrəşməyə başlayır. Edvard və Kallenlər ailəsi ona bu işdə çox böyük dəstək göstərirlər. Həm də atıq Bellanın Renesmi adlı qızı və qarşısında bütöv bir əbədiyyət var. Renesmi ilə görüşən Ceykob, bu balaca qız üçün bir dosta və məsləhətçiyə çevrilir. Lakin qəhrəmanların qayğısız günləri bitmək üzrədir. Belə ki, Volturiyə Renesmi barədə bir sıra söz-söhbətlər çatıb.....
Qeyd edək ki, dramatik fantaziya janrında olan ekran əsərinin rejissoru Bil Kondondur. Rollarda isə Kristen Styüart, Robert Patinson, Teylor Lotner, Eşlı Qrin və başqa aktyorlar iştirak edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB