Şair oğlunu evləndirir

Azərbaycanın məşhur, qalmaqallı şairi Qəşəm Nəcəfzadənin oğlu Kəramət Böyükçöl sevib-seçdiyi qızla evlənmək qərarına gəlib. SİA-nın məlumatına görə 25 oktyabrda elçiliyə gedən şair ailəsi qız evindən razılığını alıb. Qəşəm Nəcəfzadə sevinc hisslərini belə bölüşüb:

"Bu gün çox xoşbəxtəm. Oğlum Kəramət Böyükçöl üçün bir ünvana elçi getdim və qızın "hə"sini aldım. Allah bütün atalara bu hissi qismət etsin!"

Qeyd edək ki, Kəramət Böyükçöl yazdığı "Çöl" romanı ilə məşhurlaşıb.

Xanım Nağıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə