90 illik yubiley

Azərbaycanın xalq artisti, korifey sənətkar Şövkət Ələkbərovanın anadan olmasının 90 illik yubileyinə həsr olunan xatirə konserti keçiriləcək. SİA-nın xəbərinə görə, tədbir "İRƏLİ" Mədəniyyət və İncəsənət Mərkəzi, Bakı Musiqi Akademiyası Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə baş tutacaq. Tədbir 29 oktyabr tarixində, saat 20:00-da Bakı Caz Mərkəzində baş tutacaq. Konsertdə Azərbaycanın bir çox tanınan gənc müğənniləri, caz ifaçıları korifey sənətkarın ifasında səslənən mahnıları yeni versiyada, müxtəlif janrlarda ifa edəcəklər.

Ölməz sənətkarın 90 illiyinə həsr olunan konsert proqramının təşkil olunmasında əsas məqsəd dahi sənətkarın xatirəsini yad etməklə yanaşı, Şövkət Ələkbərova yaradıcılığını bir daha gənc nəslə çatdırmaqdır. Konsertdə dövlət və özəl qurumların nümayəndələri, millət vəkilləri, sənət adamları, media qurumlar, QHT nümayəndələri, fəal gənclər iştirak edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə