Bakıda keçirilən Beynəlxalq Caz Festivalına yekun vurulub. SİA-nın məlumatına görə, festivalın sonuncu günü Bakı Caz Mərkəzində azərbaycanlı musiqiçilərin konserti keçirilib. Konsertdə saksofonda Zaur Mirzəyev, bassda Ruslan Hüseynov və Rəfael Bünyatov, pianoda Əfqan Rəsul, zərb alətlərində Elvin Bəşirov çıxış ediblər. Tamaşaçılar həmin gün maraqlı caz kompozisiyaları və improvizələri canlı dinləmək imkanı qazanıblar.
Qeyd edək ki, Bakıda ənənəvi keçirilən Beynəlxalq Caz Festivalı Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Mədəniyyət Fondunun təşkilatçılığı ilə baş tutub. 10 gün ərzində Heydər Əliyev Sarayında, Azərbaycan Dövlət Filarmoniyasında, Bakı Caz Mərkəzində, Beynəlxalq Muğam Mərkəzində dünyanın tanınmış caz ustaları və qrupları, Azərbaycan musiqiçiləri çıxış ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB