Dünyaca məşhur şotlandiyalı altyor Cerard Batler son filmi "Chasing Mavericks"in çəkilişləri zamanı ölümdən dönüb. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, nəhəng dalğanın altında qalan aktyorun kadrları televiziya kanalında ilk dəfə yayımlanıb.
Xəstəxanaya çatdırılan Hollivud aktyoru suyun altında nələr hiss etdiyini jurnalistlərlə bölüşüb: "Məni vuran sunami dalğası kimi bir şey idi. Suyun altında aramsız fırlanırdım. Sonra isə ikinci dalğa gəldi. O anda öləcəyimi fikirləşirdim".
Qeyd edək ki, dünən prokata çıxarılan filmdə 16 yaşlı bir gəncin peşəkar bir sörfçünün liderliyi ilə Santa Kruzun təhlükəli sahillərində başına gələn macəralardan bəhs edilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB