Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Mədəniyyət Fondunun təşkilatçılığı ilə Bakıda keçirilən ənənəvi Beynəlxalq Caz Festivalı çərçivəsində daha bir konsert təqdim edilib. SİA-nın məlumatına görə, musiqisevərlər Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Əməkdar Artist İsfar Sarabskinin (piano) ifasını dinləyiblər. Cazmenin ifası alqışlarla qarşılanıb.
Qeyd edək ki, İsfar Sarabski həm də Prezident təqaüdçüsüdür. Adı ölkəmizin Gənc İstedadlarının "Qızıl kitabı"na daxil edilib. 2009-cu ildə İsveçrədə "Montreux Jazz Festival" Beynəlxalq musiqi festivalının qalibi olub. Dünyanın ən nüfuzlu musiqi universitetlərindən sayılan Berkli Musiqi Kollecində (Berklee College of Music) təhsil alır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB