Alman radiosunda Azərbaycan klassik musiqisi

Alman radiosunda Azərbaycan klassik musiqisi

"Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi"ndən verilən xəbərə görə bazar günü Almaniyanın "WDR 3" radiosunda görkəmli bəstəkarımız Qara Qarayevin əsərləri səslənəcək. Aparıcısı musiqişünas Lötfering Dirkin olan bu dəfəki veriliş rus bəstəkar Dmitri Şostakoviçə həsr olunub. 13:04-də başlayıb 15:00-a qədər davam edəcək verilişin qonağı isə azərbaycanlı pianoçu, Köln Musiqi Akademiyasının müəllimi Elnarə İsmayılovadır. Pianoçumuz müsahibə zamanı həm də Şostakoviçin ən fəal tələbələrindən olmuş Qara Qarayevin əsərlərini səsləndirəcək.

Qeyd edək ki, Qara Qarayevin əsərləri ilk dəfə olaraq "WDR 3" radiosunda yazılaraq yayımın musiqi fonduna daxil edilib. Verilişdə səslənəcək əsərlər həm də CD variantında təqdim olunacaq. Yeri gəlmişkən, musiqi həvəskarları və dinləyicilər aşağıdakı internet saytında verilişin proqramı ilə tanış ola və verilişi dinləyə bilərlər.

http://www.wdr.de/programmvorschau/object4Broadcast.jsp?broadcastId=4079237

Şahin Abasov

SİA-nın Almaniyadakı müxbiri

Bütün xəbərlər Facebook səhifəmizdə