“Soyqırımı qurbanları” mövzusunda açıq havada səyyar sərgi keçirilib
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondunun malıyyə dəstəyi ilə, Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyi tərəfindən "AZƏRBAYCAN XALQININ SOYQIRIMI QURBANLARI" fotosərgisi layihəsi çərçivəsində 15-16-17-18-19 oktyabr tarixlərində Bərdə, Mingəçevir, Gəncə və Daşkəsən şəhərlərində "SOYQIRIMI QURBANLARI" mövzusunda fotolardan və rəsm işlərindən ibarət açıq havada səyyar sərgi keçirilib və Soyqırımı qurbanlarının xatirəsi yad edilib.
Tədbirdə adı çəçilən şəhərlərin İcra Hakimyyətlərinin, ictimayyətin nümayəndələri və 6-11-ci sinif şagirdləri böyük maraqla iştirak ediblər. Tədbirdə çıxış edən Azərbaycan Respublikası Milli Qəhrəmanlarını Tanıtma İctimai Birliyin sədri Elşən Uluxanlı ayrı-ayrı regionlarda "SOYQIRIMI QURBANLARI" mövzusunda fotolardan və rəsm işlərindən ibarət açıq havada keçirilən səyar sərgi haqqında ətraflı məlumat verərək qeyd edib ki, XIX-XX əsrlərdə erməni şovinistləri azərbaycanlılara qarşı çoxlu sayda, geniş miqyaslı soyqırım cinayətləri törədiblər.
Belə aksiyalar sırasında XIX əsrin 70-90-cı illərində, XX əsrin 1905-1907, 1918-1920, 1930-1940, 1948-1953, 1960-1970, 1988-1993-cü illərində erməni terror təşkilatlarının azərbaycanlılara qarşı keçirdiyi qanlı olayları göstərmək olar. Bunun nəticəsində iki əsr ərzində 4 milyondan artıq azərbaycanlı xəsarət alıb, yurd-yuvasından didərgin düşüb, həlak olublar. Lakin beynəlxalq aləmdə bu cinayətlər haqqında kifayət qədər məlumatların olmamasından, bunların beynəlxalq təşkilatlar tərəfindən qiymətləndirilməməsi, həmçinin tarixi ədalətin bərpası istiqamətində göstərilən səylərin əksəriyyətinin heç bir nəticə verməməsi göz qabağındadır.
Əksinə, erməni diasporasının beynəlxalq aləmdə apardığı yalan və iftiralarla dolu təbliğat bir sıra dövlətlərin qondarma erməni soyqırımını tanıması, çox hallarda isə bəzi dövlətlərin və tanınmış qeyri-hökümət təşkilatlarının ermənilərə müxtəlif təyinatlı yardım və dəstək göstərmələri ilə nəticələnir. Belə bir vəziyyətdə erməni şovinistlərinin və onların havadarlarının keçirdiyi siyasətdən əziyyət çəkən azərbaycanlıların hüquqları kobud şəkildə pozulur, onların haqq səsləri eşidilmir. Ermənilərin azərbaycanlılara qarşı dəfələrlə törətdiyi soyqırımların qurbanlarına həsr olunmuş muzeyin yaradılması bu problemin aradan qaldırılmasına, Azərbaycan xalqının tapdanmış hüquqlarının bərpası istiqamətində atılacaq mühüm addım olacaq.
Elşən Uluxanlı çıxışının sonunda qeyd edib ki, "SOYQIRIMI QURBANLARI" mövzusunda növbəti səyyar sərgi İsmayıllı, Qəbələ, Qax , Şəki, Xaçmaz, Quba, Cəllabad, Astara, Sumqayıt və Apşeron rayonlarında keçirilərək, soyqırımı qurbanlarının xatirəsi yad ediləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB