Bu il ədəbiyyat üzrə Nobel Mükafatının sahibi çinli yazıçı Mo Yan olub. SİA-nın məlumatına görə, mükafatın təqdimetmə mərasimi Stokholmda Alfred Nobelin ildönümündə, yəni dekabrın 10-da olacaq.
Məlumat üçün bildirək ki, Mo Yan 1955-ci ildə anadan olub. Əsl adı Quan Moedir.
Qeyd edək ki, ədəbiyyat üzrə Nobel Mükafatı 1901-ci ildən verilir. Mükafat ilk dəfə fransız şairi Sülli-Prüdoma verilib. Mükafatı qazanana medal, diplom və pul verirlər. İndiyə kimi mükafat 108 yazara verilib. Ədəbiyyat üzrə Nobel Mükafatı 2006-cı ildə türk yazıçısı Orxan Pamuka verilib. Mükafatı ötən il isə şair Tomas Tranströmer almışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB