Nəsiminin şerləri alman dilində təqdim olunacaq

Nəsiminin şerləri alman dilində təqdim olunacaq

Bu gün Almaniyanın Frankfurt şəhərində Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və Şərq-Qərb nəşriyyatının təşkilatçılığı ilə kitab sərgisi keçirilir. Sərgidə ilk dəfə olaraq Azərbaycan şairi Nəsiminin alman dilinə tərcümə edilmiş şerlərindən ibarət kitabın təqdimatı olacaq.

Qeyd edək ki, şerləri almancaya Dr. Mixael Hess və Raynhart Moriz çeviriblər. Qonaqlar tədbirdə nəfis hazırlanmış kitabla tanış olacaqlar, Dr. Mixael Hess(tərcüməçi və Berlin Azad univesitetinin Nesimi tedqiqatçısı) və Raynhart Morizlə(nəsiminin şerlərinin mətnini nəzmə çevirən şair) ünsiyyətdə olub onların bu yöndə gördükləri işlər barədə özlərindən xəbər tutacaqlar. Oktyabrın 13-də isə elə həmin şəhərdə daha bir tədbir düzənlənəcək. Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə baş tutacaq bu tədbir isə dahi şairimiş Nizami Gəncəvinin anadan olmasının 870-ci ildönümünə həsr olunub. M

ərasimdə qonaqlara Azərbaycan mətbəxindən yeməklər və içkilər təklif olunacaq.

Şahin Abasov,

SİA-nın Almaniyadakı müxbiri

Bütün xəbərlər Facebook səhifəmizdə