Türkiyənin Sivas şəhərində oktyabrın 10-18-i tarixlərində Elm və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Avropa Birliyinin "Gənclər Fəaliyyətdə" proqramı çərçivəsində "Kitab oxuyaq, bir-birimizi tanıyaq" mövzusunda beynəlxalq təlim keçiriləcək. SİA-nın məlumatına görə, təlimdə Azərbaycandan müxtəlif təşkilatları təmsil edən 7 nəfər nümayəndə iştirak edəcək. Azərbaycanlı gənclərin səfəri çərçivəsində Cümhuriyyət Universitetinin elektron kitabxanasının iş mexanizmi və fəaliyyəti ilə tanış olacaq, eləcə də türk yazarlarla görüşəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB