Prezident qızının səs-küylü klipi FOTO

Prezident qızının səs-küylü klipi FOTO

Özbəkistan prezidenti İslam Kərimovun böyük qızı Gülnara Kərimovanın Buxarada çəkdirdiyi klip hamının marağına səbəb olub. SİA-nın məlumatına görə, ölkədə hamı bu klipdən danışır.

Bəzi səhnələrində vertolyotdan istifadə edilən klipdə sevdiyi insana doğru qaçan və sonda ona qovuşan bir sevgilinin mübarizəsi əks olunub. 3 dəqiqə 23 saniyə davam edən klipin çəkilişləri amerikalı prodüsserlərə həvalə edilib.

"Round Run" klipi peşəkar sənətçilərin mahnılarından heç də geri qalmayıb. Klipin səhnələri Buxaranın tarixi məkanlarında çəkilib.

Qeyd edək ki, rəngli kadrlarla zəngin olan video-çarx Buxara mənzərələri ilə başlayır.

Bütün xəbərlər Facebook səhifəmizdə