İran "Oskar"ı rədd edir

İran hakimiyyəti "Müsəlmanların məsumiyyəti" filminə görə, "Oskar"ı boykot etmək niyyətində olduğu haqda bəyanat verib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, ölkənin mədəniyyət naziri Məhəmməd Hüseyni bu barədə açıqlama verib. O, başqa müsəlman dövlətlərini də uyğun addım atmağa çağırıb.

Qeyd edək ki, 2012-ci ilin fevralında Əsgər Fərhadinin "Nadir və Siminin boşanması" xarici dilli film nominasiyasına görə "Oskar"a layiq görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə