Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən muzeylərin müraciətlərinə əsasən qiymətli metallardan və qiymətli daşlardan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının qanunvericiliklə müəyyən edilmiş qaydada ekspertizasını aparır.
Nazirlikdən SİA-ya verilən məlumata görə, Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin 2012-ci ilin sonunadək yeni binaya köçürülməsi ilə əlaqədar muzeydə mühafizə olunan zərgərlik məmulatlarından ibarət kolleksiyada mövcud olan 800-ə qədər eksponatın ekspertizasının aparılması, əyarının və çəkisinin müəyyən edilməsi zərurəti nəzərə alınaraq xidmətin mütəxəssislərindən ibarət işçi qrupu təşkil edilib. İşçi qrupu xidmətə məxsus xüsusi cihaz və avadanlıqla təchiz edilmiş mobil laboratoriya ilə Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin ərazisində qiymətli eksponatların ekspertizasının, əyarının və çəkisinin müəyyən edilməsi prosedurlarını aparır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB