Musiqi Festivalının proqramı açıqlandı

Musiqi Festivalının proqramı açıqlandı

Azərbaycan prezidentinin "Üzeyir Musiqi Gününün keçirilməsi haqqında" 1995-ci il 18 sentyabr tarixli fərmanına uyğun olaraq hər il ənənəvi Üzeyir Musiqi Günü keçirilir. SİA-nın məlumatına görə, Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 18-29 sentyabr tarixlərində Bakıda IV Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının keçirilməsi planlaşdırılır.

Festivalda Rusiya, Türkiyə, ABŞ, Fransa, Almaniya, İtaliyadan dünya şöhrətli musiqiçilər və kollektivlər – "Moskva virtuozları" kamera orkestri, Köln kamera orkestri, Zaxar Bronun rəhbərliyi ilə kamera orkestri, "Signum" saksafon kvarteti, dirijorlar Vladimir Spivakov, Gürer Aykal, Canluka Marçiano, skripkaçı Solenne Paydassi, saksafonçu ASHU, pianoçu İlya Maksimov, violonçel ifaçısı Kristof Kruaze, fleytaçı Anna de La Veqa və başqaları iştirak edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə