Bu gün Milli Qəhrəman, Azərbaycan Milli Jurnalistikasının simvolu olan Çingiz Mustafayevin ad günüdür. SİA-nın xəbərinə görə, Çingiz kimi insanları "hərtərəfli dahi" adlandırırlar. Həqiqətən də bu şəxsin qabiliyyət və maraqları çoxşaxəli idi. Azərbaycanda məktəblidən tutmuş ağsaqqala kimi hamı Çingizi cəbhə jurnalisti, həqiqi vətənpərvər kimi tanıyırdı. Hamı Çingizi Həqiqət, Vicdan, Şərəf və Azadlıq carçısı kimi tanıyıb və qəbul edib.
İxtisasca həkim olan, lakin jurnalist kimi fəaliyyət göstərən Çingiz həm də incəsənətin, musiqinin pərəstişkarı idi. Məhz Çingiz Bakıdakı ilk musiqi mərkəzi olan "Disko"-nu yaratmış, "Ozan" folklor qrupunda, "Ekspromt" gənclər studiyasında iştirak edib. Məhz haqlı olaraq onu Azərbaycanın ilk DJ-i adlandırmaq olar.
Qeyd edək ki, bu gün saat 21:00-da "Hezz" klubda onun şərəfinə Çingiz Mustafayevin disko mərkəzinə "QAYIDIŞ" adlı DJ-lərin festivalı keçiriləcək. Giriş dəvətnamə ilədir.
Əlavə məlumat almaq üçün (012) 493 38 44 telefon nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB