Ramiz Quliyev “Urmiya gölü” festivalında solo konsertlə çıxış edib
Almaniyanın Haydelberq şəhərində Beynəlxalq \"Urmiya gölü\" festivalı keçirilib. SİA-nın məlumatına görə, festival çərçivəsində görkəmli tarzən, Azərbaycanın xalq artisti, beynəlxalq müsabiqələr laureatı, professor Ramiz Quliyevin solo konserti böyük marağa səbəb olub. Tarzən və onu müşayiət edən pianoçu Gülçin Aslanovanın ifasında Üzeyir Hacıbəylinin \"Koroğlu\" operasının uvertürası ilə başlayan konsert proqramı 3 saata yaxın davam edib. Professor Ramiz Quliyev Azərbaycan klassik muğamları və milli musiqimizin gözəl nümunələri olan xalq mahnılarımızı böyük məharətlə səsləndirərək, dinləyicilərdə xoş ovqat yaradıb.
Qeyd edək ki, Ramiz Quliyev 2013-cü ildə Berlində daha geniş formatda keçiriləcək növbəti festivala dəvət olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB