Vəziyyəti ağırlaşan Yaşar Nuri yenidən Türkiyəyə aparılır

Vəziyyəti ağırlaşan Yaşar Nuri yenidən Türkiyəyə aparılır

Yenicə Türkiyədən dönən Akademik Milli Dram Teatrının aktyoru, xalq artisti Yaşar Nurinin səhhəti yenə də pisləşib. Xalq artistinin həyat yoldaşı Rəhimə Nuriyevanın SİA-ya verdiyi məlumata görə, bir neçı gündür özünü pis edən Yaşar Nurini yenidən Türkiyəyə aparmalıdırlar.


Hazırda aktyor paytaxtın Gömrük xəstəxanasındadır. Orada onun hərarəti salınıb və oksigeni tənzimlənib. Sabah isə aktyor yenidən Türkiyəyə üz tutur.


Bütün xəbərlər Facebook səhifəmizdə