“Sərgüzəşti-Mirzə Fətəli Axundzadə” milli teatr festivalı başa çatdı
"Sərgüzəşti-Mirzə Fətəli Axundzadə" milli teatr festivalı çərçivəsində Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının səhnəsində M.F.Axundzadənin "Lənkəran xanının vəziri" tamaşası nümayiş olunub. SİA-nın məlumatına görə, tamaşanın quruluşçu rəssamı Xalıq Cabbarov, musiqi tərtibatçısı Orxan Kərimovdur.
Tamaşada əsas rolları Əməkdar Artistlər İqrar Salamov, Şükufə Musayeva, aktyorlar Püstəxanım Zeynalova, Sevinc Ağayeva, Azad Məmmədov, Etibar Cəfərov və başqaları canlandırıblar. Bu tamaşa ilə "Sərgüzəşti-Mirzə Fətəli Axundzadə" milli teatr festivalına yekun vurulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB